MS Halandı İngiltərənin ən ödənişli futbolçusu etməyə hazırdır
“Mançester Siti” “şəhərlilər”in norveçli hücumçusu Erlinq Haland ilə müqaviləsinin müddətinin uzadılması ilə bağlı danışıqlar aparır və “qolçu vikinq”ə həftəlik 500 min funt-sterlinq məbləğində maaşla iki illik müqavilə təklif etməyə hazırdır.
Sports.az xəbər verir ki, 24 yaşlı qolçu müvafiq maliyyə şərtləri ilə əmək müqaviləsi bağlasa, o halda, hazırda həftədə 400 min funt-sterlinq məbləğində maaş alan, komanda yoldaşı, belçikalı yarımmüdafiəçi Kevin De Bröyneni qabaqlayaraq, İngiltərə Premyer Liqasının ən çox maaş alan futbolçusu olacaq.
Haland hələlik susur. Norveçli qolçunun xidmətində “Barselona” və “Real” maraqlıdırlar. Təxmin edilir ki, Halandın susqunluğu məhz gözləmə mövqeyinə üstünlük verməsindən qaynaqlanır. Mənzərə aydınlaşana qədər gözləməyə üstünlük verən Haland, ola bilsin ki, “şəhərlilər”dən ayrılmağa da qərar verə bilər.