Dünya futbolu
Fransa millisinin sabiq üzvü vəfat edib
18.11.2024 | 19:40
"Valansyen"in və Fransa millisinin sabiq futbolçusu Bernar Kyarelli vəfat edib.
Sports.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, evində ürəktutmasından 91 yaşında ölüb.
Kyarelli 1958-ci ildə Fransa millisi ilə dünya çempionatının bürünc medalını qazanıb.