Eriksen “Mançester Yunayted”dən ayrıla bilər

“Mançester Yunayted”in danimarkalı mərkəz yarımmüdafiəçisi Kristian Eriksen cari mövsümün sonunda azad agentə çevrilə bilər.

Sports.az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi 32 yaşlı futbolçu ilə yeni müqavilə bağlamağa tələsmir.

Vurğulanır ki, tərəflərin gələn yay öz yolları ilə gedəcəyi ehtimalı yüksəkdir, çünki danışıqlar əslində planlaşdırılmayıb. Amma “Mançester Yunayted”in yeni baş məşqçisi, portuqal mütəxəssis Ruben Amorim, Kristian Eriksenin “qırmızı şeytanlar”a hələ də fayda verəcəyinə inanarsa, bu vəziyyət dəyişə bilər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar