Dünya futbolu
“Barselona” oyunçularını qeydiyyata salmaq üçün yollar arayır
19.11.2024 | 23:00
“Barselona” “blauqrana”nın ispan futbolçuları – yarımmüdafiəçi Daniel Olmo və hücumçu Pau Viktoru cari mövsümün ikinci yarısı üçün qeydiyyata salmaq məqsədilə yollar arayır.
Sports.az xəbər verir ki, daha əvvəl, Kataloniya nəhəngi, “Nike” ilə yeni müqaviləsindən əldə ediləcək maliyyə vəsaitinə ümid bağlayırdı.
Bununla belə, cari vəziyyətdə “Barselona” dekabrın 31-dən sonra Daniel Olmo və Pau Viktoru qeydiyyatdan keçirə bilmir. Amil budur ki, “Barselona”, “Nike” ilə müqavilədən əldə ediləcək yeni gəlirdən ancaq 11 milyon avro məbləği müvafiq işə sərf edə bilər, qalan vəsait isə artıq cari mövsümün büdcəsinə yatırılıb. Odur ki, Kataloniya klubu fəsadı çözmək üçün baş sındırır.