Dünya futbolu
MY azarkeşləri Amorimin müsahibəsində ilk transferə dair ipucu tapdılar
19.11.2024 | 20:00
“Mançester Yunayted”in bəzi azarkeşləri sosial şəbəkələrdə belə bir nəzəriyyə qurublar ki, “qırmızı şeytanlar”ın yeni baş məşqçisi Ruben Amorim son müsahibəsində Lissabon “Sportinq”inin isveçli hücumçusu Viktor Dyökereşin transferi ilə bağlı onlara eyham vurub.
Sports.az xəbər verir ki, azarkeşlər, jurnalistlə söhbət zamanı Amorimin qollarını çarpazlaşdırdığını görüblər.
Bu tərz isə “Sportinq”in hücumçusu Dyökereşin vurduğu qolları qeyd etməsinə bənzər bir tərz olub. Bəzi azarkeşlər bunu, portuqal mütəxəssisin “Old Trafford”da isveçli hücumçu ilə yenidən bir araya gələ biləcəyinə cəhd olaraq işarə kimi qəbul ediblər.