İspaniyadan çətin qələbə, Portuqaliyadan xal itkisi
UEFA Millətlər Liqasında qrup mərhələsinin 6-cı turunun növbəti oyunları keçirilib.
Sports.az xəbər verir ki, ikinci oyun günündə 9 matç keçirilib.
Bu qarşılaşmalar 5 qrupu əhatə edib. A Liqasında qrup qalibi adını təmin edən Portuqaliya Xorvatiya ilə bərabərə qalıb. Digər qrupun lideri İspaniya İsveçrəni çətinliklə məğlub edib.
UEFA Millətlər Liqası
6-cı tur
18 noyabr
A Liqası, 1-ci qrup
Xorvatiya – Portuqaliya 1:1
Qollar: Qvardiol, 65 – J.Feliks, 33.
Polşa – Şotlandiya 1:2
Qollar: Pyatkovski, 59 – Makqinn, 3. Robertson, 90+3.
Xallar: Portuqaliya – 14. Xorvatiya – 8. Şotlandiya – 7. Polşa - 4.
A Liqası, 4-cü qrup
İspaniya – İsveçrə 3:2
Qollar: Pino, 32. Xil, 68. Saraqosa, 90+3-pen – Monteyro, 63. Zeqiri, 85-pen.
Serbiya – Danimarka 0:0
Xallar: İspaniya – 16. Danimarka – 8. Serbiya – 6. İsveçrə - 2.
C Liqası, 2-ci qrup
Kosovo – Litva 1:0
Qol: Yaşari, 5.
Rumıniya – Kipr 4:1
Qollar: Birliqa, 2. Marin, 42; 80. Koman, 83 – Pittas, 52.
Xallar: Rumıniya – 15. Kosovo – 12. Kipr – 6. Litva - 0.
C Liqası, 3-cü qrup
Bolqarıstan – Belarus 1:1
Qollar: Panayotov, 13 – Martinoviç, 70.
Lüksemburq - Şimali İrlandiya 2:2
Qollar: Koraç, 72. Q.Rodriqes, 75 – Prays, 19. Bredli, 50.
Xallar: Şimali İrlandiya – 11. Bolqarıstan – 9. Belarus – 7. Lüksemburq - 3.
D Liqası, 1-ci qrup
Lixtenşteyn - San Marino 1:3
Qollar: Sele, 40 – Lazzari, 46. Nanni, 66-pen. Qolinuççi, 76.
Xallar: San Marino – 7. Cəbəllütariq – 6. Lixtenşteyn – 2.