“İntrer” Kyezanı icarəyə götürmək istəyir

“İnter” “Liverpul”un 27 yaşlı italyan hücumçusu Federiko Kyezanın qısamüddətli icarəsində maraqlıdır.

Sports.az xəbər verir ki, “İnter” Kyezanın İtaliya A Seriyasındakı böyük təcrübəsini nəzərə alaraq, italyan futbolçunu “neradzurri”nin başlanğıc heyətini gücləndirmək üçün mükəmməl seçim hesab edir.

Bununla belə, “İnter” tamhüquqlu keçid haqda deyil, məhz icarə haqda seçimə üstünlük verir. Futbolçu özünü doğruldarsa, növbəti addımlar atıla bilər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar