Mudrikin “Çelsi”ni mümkün tərk etməsi ilə bağlı təfərrüat məlum oldu

Ukraynalı cinah hücumçusu Mixaylo Mudrik qarşıdakı qış transfer pəncərəsində “Çelsi”nin düəşrgəsini tərk edə bilər.

Sports.az xəbər verir ki, hazırda ukraynalı futbolçunu İngiltərə Premyer Liqasının bir neçə klubu izləyir.

Vurğulanır ki, “zadəganlar”ın rəhbərliyi Mudrikə görə mümkün təklifi qəbul etməyə hazırdır.

Bununla belə, Mudrikin xidmətində maraqlı olan Premyer Liqa klublarını ukraynalı futbolçunun yerli çempionatda kifayət qədər oyun təcrübəsinin olmaması çəkindirir. “Çelsi” layiqli təklif alacağı təqdirdə Mudriki saxlamaq niyyətində deyil.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar