Dünya futbolu
Mourinyo “Barselona”nın hücumçusundan niyə imtina etdi?
20.11.2024 | 12:45
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Barselona”nın 22 yaşlı ispaniyalı cinah hücumçusu Ansu Fatinin transferindən imtina etməli olub.
Sports.az xəbər verir ki, portuqal mütəxəssis bu qərarını futbolçunun zədəli olması ilə əsaslandırıb.
Fatinin bud nahiyəsindən aldığı zədənin sağalması təxminən bir ay çəkəcək. Bununla belə, vurğulanır ki, “Mour” yalnız bu zədə ilə bağlı deyil, Fatinin ümumiyyətlə zədəyəmeylli olmasından ehtiyat edib.