Dünya futbolu
Levandovski futbolçu karyerasını “Barselona”da bitirmək niyyətindədir
20.11.2024 | 11:00
“Barselona”nın polyak mərkəz hücumçusu Robert Levandovski Kataloniya klubunda qalmaq istəyir.
Sports.az xəbər verir ki, 36 yaşlı veteran futbolçu “blauqrana”nı və Kataloniyadakı həyatı bəyənir.
Levandovski müqaviləsinin müddətinin 2026-cı ilə qədər uzadılması maddəsini fəallaşdırmağa da razılaşıb. Bununla belə, polyak hücumçu müddəti 2027-ci ilə qədər qüvvədə olacaq yeni müqaviləni bağlamaq istəyindədir.
Vurğulanır ki, Levandovski 38 yaşına qədər “blauqrana”nın heyətində oynamaq niyyətindədir, bundan sonra isə polyak ulduz karyerasını başa vuracaq.