Dünya futbolu
İtaliya klubu baş məşqçisini qovdu
20.11.2024 | 01:10
"Cenoa" baş məşqçi Alberto Cilardinyo ilə yollarını ayırıb.
Sports.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlayıb.
Məlumatda veteran hücumçuya gələcək karyerasında uğurlar arzulanıb.
Cilardinyo 2022-ci ilin dekabrından "Cenoa"ya rəhbərlik edirdi. Onun rəhbərliyi ilə genuyalılar A Seriyasının cari mövsümündə 12 turdan sonra 10 xal toplayıblar.