Dünya futbolu
“Real”ın futbolçusu əməliyyat olundu
20.11.2024 | 21:00
"Real"ın futbolçusu Eder Militao dizindəki çarpaz bağın zədəsinə görə əməliyyat olunub.
Sports.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçinin əməliyyatı uğurlu keçib. O, tezliklə bərpa proqramına başlayacaq.
Xatırladaq ki, braziliyalı futbolçu noyabrın 9-da İspaniya La Liqasının 13-cü turunun “Osasuna” ilə oyununda (4:0) zədələnmişdi.