Martino “İnter Mayami”dən ayrılmaq niyyətindədir

“İnter Mayami”nin baş məşqçisi Xerardo “Tata” Martino “klubu dərhal tərk etmək” qərarına gəlib.

Sports.az xəbər verir ki, argentinalı mütəxəssis cari müqaviləsinin daha bir il müddətinə qüvvədə olmasına rəğmən, şəxsi səbəblərdən vəzifəsini tərk etməyə israrlıdır.

Xatırladaq ki, 61 yaşlı mütəxəssis 2023-cü ilin yayından “İnter Mayami”nin sükanı arxasındadır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar