Dünya futbolu
Amorim Antonini mübadilə etməyi düşünür
21.11.2024 | 11:20
“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın 24 yaşlı braziliyalı cinah hücumçusu Antonini, Lissabon “Sportinq”inin 17 yaşlı portuqal cinah hücumçusu Jeovani Kenda ilə mübadilə etmək istəyir.
Sports.az xəbər verir ki, portuqal mütəxəssis Kendanın bacarığına daha əvvəl çalışdırdığı “Sportinq”dən bələddir.
“Mançester Yunayted” qarşıdakı qış transfer pəncərəsində Antoni ilə ayrılmağa hazırdır.
Vurğulanır ki, “Mançester Yunayted”in həmsahibi Cim Retkliff bu yolla Antoninin yüksək maaşının xərcindən qurtulmağa çalışır.