Dünya futbolu
MS yanvarda Qvardioladan cavab gözləyir
21.11.2024 | 12:00
“Mançester Siti” “şəhərlilər”in ispan baş məşqçisi Xosep Qvardiolanın 2025-ci ilin yanvarına qədər klubdakı gələcəyi ilə bağlı qərar verəcəyini gözləyir.
Sports.az xatırladır ki, “Pep”in “şəhərlilər”lə cari müqaviləsinin müddəti gələn ilin yayına qədər qüvvədədir.
Vurğulanır ki, “Mançester Siti” Qvardiolanın klubdakı gələcəyinin, komandanı bu mövsümün son aylarında kuboklar uğrunda mübarizədən yayındıracağı bir vəziyyətdən qaçmaq istəyir. Həmçinin ispan mütəxəssisin özünün də hadisələrin müvafiq inkişafına imkan vermək istəmədiyi vurğulanır.