Dünya futbolu
“Milan” İtaliya yığmasının yarımmüdafiəçisi ilə maraqlanır
21.11.2024 | 19:00
“Torino”nun və İtaliya yığmasının 23 yaşlı yarımmüdafiəçisi Samuele Riççi “Milan”ın maraq dairəsindədir.
Sports.az xəbər verir ki, Riççi həmçinin adları hələ açıqlanmayan digər Avropa klublarının da transfer hədəfidir.
“Milan” bu gerçəkdən xəbərdardır və rəqiblərini qabaqlamaq məqsədilə yaxın vaxtlarda futbolçunun “rossoneri”nin düşərgəsinə keçidi ilə bağlı danışıqlara başlamağa hazırdır.
Vurğulanır ki, “Torino” qışda əsas oyunçularından biri olan Riççini satmaq niyyətində deyil. Buna rəğmən, “Milan” yayı gözləməyə razıdır, amma bunun üçün “rossoneri” futbolçu və klubla öncədən şərtləşmək təklifini irəli sürür.