Dünya futbolu
Noyabrın ən yaxşısı adına üç namizəd
21.11.2024 | 18:20
La Liqada noyabr ayının ən yaxşı məşqçisi adına namizədlər bəlli olub.
Sports.az xəbər verir ki, siyahıya Dieqo Simeone (“Atletiko”), Miçel (“Jirona”) və İmanol Alquasil (“Real Sosyedad”) daxildir.
Bu barədə La Liqanın sosial şəbəkə hesablarında məlumat yayılıb.
Oktyabr ayında bu mükafat “Barselona”nın çalışdırıcısı Hans-Diter Flikə verilmişdi.