“Yuventus”un yarımmüdafiəçisi ötənilki final oyununu xatırladı

“Venesiya”da icarə əsasında çıxış edən, “Yuventus”un italyan yarımmüdafiəçisi Hans Nikolussi-Kavilya, 2024-cü il İtaliya Kubokunun final oyunundan sonra təəssüratı haqda fikrini paylaşıb.

Sports.az xatırladır ki, həlledici oyunda “Yuventus” “Atalanta” üzərində 1:0 hesablı çətin qələbə qazanmışdı.

“İtaliya Kubokunun final oyununda “Yuventus”un heyətində oyun mənim üçün ən yaddaqalan təcrübələrdən biri idi. Mən səkkiz yaşımdan “Yuventus”dayam və onlar həyatımın hər mərhələsində yanımda olublar”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar