Dünya futbolu
“Çelsi” və “Liverpul” “Olimpik”in futbolçusunu hədəfləyiblər
22.11.2024 | 15:00
“Çelsi” və “Liverpul” Lion “Olimpik”inin fransız yarımmüdafiəçisi Rayan Şerkini satın almaqda maraqlıdırlar.
Sports.az xəbər verir ki, Lionu klubu ciddi maliyyə çətinlikləri yaşayır və hətta aşağı liqaya salına bilər.
“Olipmpik”in rəhbərliyi bu fəsadın həlli yollarından biri kimi, qarşıdakı qış transfer pəncərəsi zamanı oyunçularının kütləvi satışını nəzərədən keçirir ki, əldə edilmiş pula klubun borcunu ödəyə bilsin. Lion klubunun 84 milyon funt-sterlinq məbləğində qazanc götürməsi gərəkdir.
Vurğulanır ki, “Olimpik” Şerki ilə 25 milyon funt-sterlinq məbləğ müqabilində ayrılmağa hazırdır.