Dünya futbolu
“Liverpul” və MY “Benfika”nın türk yarımmüdafiəçisinə göz dikiblər
22.11.2024 | 20:40
“Liverpul” və “Mançester Yunayted” “Benfika”nın 23 yaşlı türk mərkəz yarımmüdafiəçisi Orkun Kökçü ilə maraqlanırlar.
Sports.az xəbər verir ki, Portuqaliya klubu Kökçünün transfer dəyərini 60-70 milyon avro məbləğ civarıda qiymətləndirir.
Vurğulanır ki, Orkun Kökçünün “Liverpul”a keçid ehtimalı daha yüksəkdir, belə ki, Türkiyə yığmasının futbolçusu hələ, “Feyenoord”da çıxış edərkən, “qırmızılar”ın cari baş məşqçisi, niderlandlı mütəxəssis Arne Slotun rəhbərliyi altında çalışıb.