Noyer yenidən zədələndi

"Bayern" ciddi itki ilə üzləşib.

Sports.az xəbər verir ki, Münhen təmsilçisinin qapıçısı Manuel Noyer zədələnib.

"Bild" nəşrinin yaydığı məlumata görə, qabırğasında ağrı olan kapitan komandadan ayrı məşq edir.

38 yaşlı qolkiper sabah Bundesliqanın 11-ci turunun "Auqsburq"la keçiriləcək matçda iştirak etməyəcək.

Xatırladaq ki, Noyer son dövrlər tez-tez zədə səbəbindən komandasının oyunlarını buraxmaq məcburiyyətində qalır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar