“Mançester Siti”də ciddi itki

"Mançester Siti" ciddi itki ilə üzləşib.

Sports.az xəbər verir ki, İngiltərə klubunun yarımmüdafiəçisi Mateo Kovaçiç zədə səbəbindən 3-4 həftə futbol oynaya bilməyəcək.

Bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 12-ci turunda "Tottenhem"ə qarşı keçirəcəkləri matç ərəfəsində bildirib.

Kovaçiçin zədəsi barədə təfərrüatlar açıqlanmayıb. 30 yaşlı futbolçu bu mövsüm "Mançester Siti"nin heyətində 15 oyun keçirib və 3 qol vurub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar