Dünya futbolu
Hakimi PSJ ilə yeni müqavilə haqda razılığa gəldi
22.11.2024 | 22:40
PSJ-nin mərakeşli sağ cinah müdafiəçisi Əşrəf Hakimi Paris klubu ilə əmək müqaviləsinin müddətini 2029-cu ilin iyununa qədər uzadıb.
Sports.az xəbər verir ki, yaxın vaxtlarda 26 yaşlı futbolçu ilə müqavilənin müddətinin uzadılması ilə bağlı rəsmi açıqlama veriləcək.
Yeni müqaviləyə dair təfərrüatın da məhz rəsmi bəyanatla açıqlanacağı vurğulanır.