“Maynts” və “Borussiya”dan qələbə
Almaniya Bundesliqasında 11-ci tura yekun vurulub.
Sports.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.
Səfərdə “Holştayn”la qarşılaşan “Maynts” darmadağına sevinib. Mönhenqladbax “Borussiya”sı isə “Sankt Pauli”ni məğlub yola salıb.
Hazırda 29 xala malik “Bayern” vahid liderdir. “Ayntraxt” 23 xalla 2-ci, “Leypsiq” 21 xalla 3-cü, “Bayer” 20 xalla 4-cü, “Borussiya” (Dortmund) 19 xalla 5-ci pillədə qərarlaşıb.
Almaniya Bundesliqası
11-ci tur
22 noyabr
Bayern – Auqsburq 3:0
Qollar: Harri Keyn, 63-pen; 90+2-pen; 90+5.
23 noyabr
Bayer – Haydenhaym 5:2
Qollar: Palasios, 30. Şik, 32; 52; 71. Caka, 82 – Dorş, 10. Honsak, 21.
Borussiya (Dortmund) – Frayburq 4:0
Qollar: Beyer, 7. Nmeça, 40. Brandt, 66. Gittens, 77.
Hoffenhaym – Leypsiq 4:3
Qollar: Hlojek, 17; 82. Bişof, 50. Larsen, 87 – Orban, 15. Nusa, 19. Nsoki, 67-öz qapısına.
Ştutqart – Boxum 2:0
Qollar: Fuhrix, 53. Diehl, 78.
Volfsburq – Union Berlin 1:0
Qol: Baku, 71.
Ayntraxt – Verder 1:0
Qol: Götse, 45.
24 noyabr
Holştayn – Maynts 0:3
Qollar: Amiri, 11. Burkardt, 37. Li, 53.
Borussiya (Mönhenqladbax) – Sankt Pauli 2:0
Qollar: Plea, 13. Klayndienst, 44.