Ronaldo daha bir ilkə imza atdı

Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldo 200 fərqli komandaya qol vuran ilk oyunçu olub.

Sports.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı məlumat yayıb.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən 39 yaşlı hücumçu buna "Əl-Qadisiya"ya uduzduqları (1:2) çempionatın 11-ci turunun matçında fərqlənməklə nail olub.

Təcrübəli forvard 152 kluba, 48 milliyə qol vurmağı bacarıb. O, ümumilikdə 270 (198 klub, 72 yığma) komandaya qarşı oynayıb .

Ronaldonun ən çox qol vurduğu klub İspaniya təmsilçisi "Sevilya"dır (27 qol). O, Lüksemburq millisinin qapısından isə 11 top keçirib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar