“Arsenal”ın sabiq futbolçusu hücuma məruz qalıb

İngiltərənin "Arsenal" klubunun sabiq futbolçusu Niklas Bentnerə bıçaqla hücum edilib.

Sports.az xəbər verir ki, o, daha iki tanışı ilə birlikdə ABŞ-nin Nyu-York şəhərində gəzərkən tanımadığı adamın hücumuna məruz qalıb.

Hər şey Danimarka millisinin sabiq hücumçusu üçün yaxşı bitsə də, 55 yaşlı dostu kürəyindən, üzündən və qulaqlarından ciddi xəsarət alıb.

Nyu-York polisi 25 yaşlı şübhəli şəxsi saxlayıb. O, adam öldürməyə cəhddə ittiham olunub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar