Dünya futbolu
“Liverpul” və Salah razılığa gələ bilmirlər
26.11.2024 | 21:50
“Liverpul”un və Misir yığmasının ulduz hücumçusu Məhəmməd Salah Mersisayd klubunun rəhbərliyindən müqaviləsinin müddətinin uzadılması ilə bağlı hələ heç bir təklif almadığını bildirib.
Sports.az xəbər verir ki, tərəflərin şərtlərlə bağlı mövqeləri bir-birindən uzaq olduğu üçün “Liverpul” hələ də Salaha təklif göndərməyib.
Misirli hücumçu yeni müqavilənin üç mövsümlük olmasını istəyir. “Qırmızılar”ın rəhbərliyi isə Salahın yaşını nəzərə alaraq, mümkün müqavilənin müddəti ilə bağlı narahatlıq yaşayır – futbolçunun yayda 33 yaşı tamam olacaq.
Hazırda tərəflər təfərrüatı müzakirə edir. Əgər həll tapılmasa, Salah mövsümün sonunda azad agent qismində “Liverpul”dan ayrılacaq.