Levandovskidən ÇL-də növbəti uğur

İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub.

Sports.az xəbər verir ki, 36 yaşlı hücumçu buna Liqa mərhələsinin 5-ci turunda Fransa təmsilçisi "Brest"lə matçda (3:0) dubl etməklə nail olub.

Beləliklə, polşalı forvard qitənin bir nömrəli klub turnirində 101-ci dəfə fərqlənib.

Əvvəllər yalnız Kristiano Ronaldo (140) və Lionel Messi (129) 100 qol səddini keçib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar