“Beşiktaş” rəhbərliyində kütləvi istefa

Türkiyənin “Beşiktaş” klubunun rəhbərliyində bir neçə şəxs istefa verib.

Sports.az xəbər verir ki, klubun vitse-prezidenti Onur Göçmez, idman koordinatoru Samet Aybaba, klub məsləhətçisi Bred Fridel, media və kommunikasiya qrupu koordinatoru Okay Karaca, rabitə meneceri İşıl Zeybek vəzifəsindən ayrılıb.

Bu barədə “qara qartallar”ın mətbuat xidməti məlumat yayıb.

Uğursuz mövsüm keçirən “Beşiktaş” hazırda Super Liqada 12 turdan sonra 21 xalla 6-cı sıradadır. Türkiyə mətbuatı klub rəhbərliyinin komandanın baş məşqçi Covanni van Bronxorsta iki oyunluq şans verdiyini yazıb. Yəni komanda qarşıdakı iki oyunda uğursuz nəticə göstərsə, niderlandlı mütəxcəssis də istefaya göndəriləcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar