Halanddan UEFA Çempionlar Liqasında yeni rekord

İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haland UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Sports.az “Opta”ya istinadən xəbər verir ki, 24 yaşlı futbolçu “qol+ötürmə sistemi”ndə fərqlənib.

O, bunu ötən gün, Liqa mərhələsinin 5-cii turunda “Feyenoord”a (Niderland) qarşı oyunda (3:3) gerçəkləşdirib. Norveçli ön xətt oyunçusu 44-cü dəqiqədə penaltidən fərqləndikdən sonra 50 qol+ötürmə (45 qol, 5 məhsuldar ötürmə) həddinə ən tez çatan futbolçu olub. O, bunu cəmi 44 oyunda həyata keçirib. Futbolçu bu göstəricidə “Mançester Yunayted”in sabiq hücumçusu Rud van Nistelroyu (45 oyun) geridə qoyub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar