ÇL: “Real” “Liverpul”a məğlub oldu
Bu gün Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura yekun vurulub.
Sports.az xəbər verir ki, ikinci oyun günündə 9 matç baş tutub.
Günün mərkəzi qarşılaşması İngiltərədə keçirilib. “Liverpul” “Real”la qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Aston Villa” və “Yuventus” 1 xala razı olublar. Dortmund "Borussiya"sı Zaqrebdə darmadağına sevinib.
UEFA Çempionlar Liqası
5-ci tur
27 noyabr
“Srvena Zvezda” (Serbiya) - “Ştutqart” (Almaniya) 5:1
Qollar: Silas, 12. Kruniç, 31. İvaniç, 65. Radonyiç, 69; 88 – Demiroviç, 5.
“Şturm” (Avstriya) - “Jirona” (İspaniya) 1:0
Qol: Byeret, 59.
“Liverpul” (İngiltərə) - “Real” (İspaniya) 2:0
Qollar: Makallister, 52. Qakpo, 77.
PSV (Niderland) - “Şaxtyor” (Donetsk, Ukrayna) 3:2
Qollar: Tillman, 87; 90. Pepi, 90+5 – Sikan, 8. Zubkov, 37.
“Dinamo” (Zaqreb, Xorvatiya) - “Borussiya” (Dortmund, Almaniya) 0:3
Qollar: Gittens, 41. Bensebaini, 56. Girassi, 90.
“Seltik” (Şotlandiya) - “Brügge” (Belçika) 1:1
Qollar: Maeda, 60 – Karter, 26-öz qapısına.
“Monako” (Fransa) - “Benfika” (Portuqaliya) 2:3
Qollar: Ben Seqir, 13. Maqassa, 67 – Pavlidis, 48. Kabral, 84. Amduni, 88.
“Aston Villa” (İngiltərə) - “Yuventus” (İtaliya) 0:0
“Bolonya” (İtaliya) - “Lill” (Fransa) 1:2
Qollar: Lukumi, 63 – Mukau, 44; 66.