“Barselona” De Yonqu dəyər-dəyməzinə satmaq fikrindədir

“Barselona” “blauqrana”nın 27 yaşlı niderlandlı yarımmüdafiəçisi Frenki de Yonqu satmaq istəyir.

Sports.az xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi qarşıdakı qış transfer pəncərəsində De Yonqu 20 milyon avro məbləğində – dəyər-dəyməzinə satmağa hazırdır.

Belə ki, bu məbləğ “Barselona”nın De Yonqu 2019-cu ilin iyul ayında “Ayaks”dan satın aldığı məbləğdən (86 milyon avro) 4 dəfədən də artıq ucuzdur.

Daha əvvəl məlum olub ki, “Barselona” De Yonqla müqaviləsinin müddətini uzatmaq istəyir və niderlandlı futbolçuya bir neçə ay əvvəl əmək müqaviləsi göndərib. Amma De Yonq bu təklifi cavablamayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar