İngilis futbolçu Premyer Liqada klubunu dəyişdi

“İpsviç Taun” Premyer Liqanın digər təmsilçisi “Aston Villa”dan İngiltərənin U-21 millisinin üzvü Ceyden Filocini transfer edib.

Sports.az xəbər verir ki, bu barədə İpsviç təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bu mövsüm Premyer Liqada 11 oyuna çıxan 22 yaşlı futbolçu ilə 4 il yarımlıq müqavilə imzalanıb.

Filocin 2024-cü ilin iyulunda “Aston Villa”ya transfer olunmuşdu. O, İngiltərənin U-21 millisinin heyətində meydana çıxdığı 7 oyunda 3 qol vurub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar