Dünya futbolu
“Barselona” Raşfordu imzalamaq üçün fəsadlarını çözür
16.01.2025 | 21:45
“Mançester Yunayted”in ingiltərəli cinah hücumçusu Markus Raşford cari qış transfer pəncərəsində “Barselona”nın üstün transfer hədəfi olaraq qalır.
Sports.az xəbər verir ki, buna rəğmən, Kataloniya klubu maliyyə ədaləti qaydalarına görə hazırda Raşford ilə müqavilə imzalaya bilmir.
Vurğulanır ki, “Barselona” “1:1” əsasnaməsinə qayıtmasına rəğmən, maliyyə ədaləti qaydalarına əməl etməlidir. Raşfordu imzalamaq üçün “Barselona”nın maaş hesabını boşaltması gərəkdir. “Blauqrana”nın, Raşfordla eyni mövqedə çıxış edən ispaniyalı cinah hücumçusu Ansu Fati ilə yollarını ayırmaq seçimini nəzərdən keçirdiyi bildirilir. Raşfordun özünün də “Barselona”ya keçməkdə maraqlı olduğu vurğulanır.