Belçika yığmasının rəhbərliyi Tedeskonu istefaya göndərmək istəyir

Belçika Kral Futbol Assosiasiyasının (RBFA) direktorlar şurası italyan-alman mütəxəssis Domeniko Tedeskonu “qırmızı şeytanlar”ın baş məşqçisi vəzifəsindən azad etmək istəyir.

Sports.az xəbər verir ki, müvafiq qərar bir neçə həftə əvvəl verilib, amma tərəflər müqavilənin ləğvi şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.

Vurğulanır ki, komanda rəhbərliyi yanvar ayının sonuna qədər Tedeskonu istefaya göndərməyi, fevral ayında yeni məşqçinin təyinatını elan etməyi gözləyir. Tedeskonu əvəzləyəcək əsas namizəd fransız mütəxəssis Rudi Qarsiyadır. Eyni zamanda fransalı mütəxəssis Tyerri Anrinin də adı bu xüsusda hallanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar