Dünya futbolu
“Bayern” Alfonso Deyvislə razılığa gələ bilmədi
17.01.2025 | 18:45
“Bayern” münhenlilərin kanadalı sol cinah müdafiəçisi Alfonso Deyvislə müqaviləsini yeniləyə bilməyib, belə ki, tərəflərin 14-15 milyon avro məbləğ civarında maaşla bağlı əvvəlki razılaşmasına rəğmən, danışıqların son mərhələsində futbolçunun agenti müştərisi üçün 20 milyon avro məbləğdən çox maaş istəyib.
Sports.az xəbər verir ki, “Bayern” öz təklifini daha da yaxşılaşdırmaq məqsədilə, əlavə üstəliklər təklif etsə də, futbolçunun agenti irəli sürdüyü məbləğə əlavə üstəliklər tələb edib və beləcə tərəflər arasında ortaq məxrəc itib.
Alfonso Deyvisin xidmətində maraqlı olan “Real” isə əksinə, hələ açıqlanmayan təklifini daha da yaxşılaşdırıb.