Dünya futbolu
Acunun klubu sabiq “Qalatasaray”lı ilə gücləndi
17.01.2025 | 23:20
Türkiyəli məşhur iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərə təmsilçisi "Hall Siti" "Qalatasaray"ın sabiq futbolçusu Nordin Amrabatı heyətinə qatıb.
Sports.az xəbər verir ki, bu barədə "pələnglər"in mətbuat xidməti məlumat yayıb.
Yunanıstanın AEK komandasından ayrılan hücumçu cari mövsümün sonuna qədər "Hall Siti"də çıxış edəcək.
37 yaşlı mərakeşli futbolçu bu mövsüm AEK-in heyətində 9 oyunda 2 qol vurub.