Dünya futbolu
“Beşiktaş”dan qapıçısı ilə yeni müqavilə
18.01.2025 | 00:12
Türkiyə təmsilçisi "Beşiktaş" qapıçısı Mert Günokla müqavilə müddətini artırıb.
Sports.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı qolkiperlə "2+1" illik yeni sözləşmə imzalanıb.
Günok 2021-ci ildən “Beşiktaş”da çıxış edir. O, indiyədək İstanbul klubunun heyətində 98 oyuna çıxıb.