“Barselona” Arauxo ilə müqaviləsinin müddətini uzadacaq

“Barselona” “blauqrana”nın uruqvaylı mərkəz müdafiəçisi Ronald Arauxo ilə müqaviləsinin müddətini, futbolçunun maaşını artıraraq, 2030-cu ilə qədər uzatmağa hazırlaşır.

Sports.az xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deku uruqvaylı futbolçunun agentləri ilə artıq uğurlu danışıqlar aparıb.

Arauxonun yeni əmək müqaviləsinə çevik xitam şərtləri də daxil olacaq. Məsələn, müdafiəçi komandadakı mövqeyindən narazı qalsa, qarşıdakı yay transfer pəncərəsində “Barselona”nı tərk etmək imkanını sahib olacaq.

Arauxonun müqaviləsində, həmçinin oyunçu müəyyən sayda oyunda iştirak etmədiyi təqdirdə, onun sərbəstqalma maddəsinin “blauqrana”ya uyğun bazar dəyərinə endirilməsi maddəsi də yer ala bilər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar