Nuri Şahin “Borussiya”dan qovula bilər

Dortmund “Borussiya”sının baş məşqçisi Nuri Şahin Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunun “Bolonya” ilə Çərşənbə axşamı, yanvarın 21-də keçiriləcək oyununda qeyri-qənaətbəxş nəticə göstərərsə, istefaya göndərilə bilər.

Sports.az xəbər verir ki, türk mütəxəssisin yerinə ciddi namizəd, ötən ilin oktyabr ayının sonunda “Mançester Yunayted”dən qovulmuş niderlandlı mütəxəssis Erik ten Haqdır.

Ten Haqın adı hallansa da, bu barədə mövqeyi haqda heç bir məlumat yoxdur.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar