Dünya futbolu
“Milan” yaxın sutka ərzində Kayl Uokerin transferini bitirməyə hazırdır
20.01.2025 | 16:00
“Milan” “Mançester Siti”dən 34 yaşlı ingilis sağ cinah müdafiəçisi Kayl Uokerlə müqavilə bağlamağa hazırdır.
Sports.az xəbər verir ki, yaxın 24 saat ərzində danışıqların əsas mərhələsi baş tutacaq.
Bildirilir ki, klublar futbolçunun sonradan satın alınması mükəlləfiyyəti ilə icarəyə götürülməsini müzakirə edirlər.
Vurğulanır ki, Uokerin özü “Milan”a keçməyə razılıq verib.