Dünya futbolu
Gimarayns “Botafoqo” ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırdı
20.01.2025 | 15:30
Sankt-Peterburq “Zenit”inin 26 yaşlı braziliyalı cinah hücumçusu Artur Qimarayns karyerasını “Botafoqo”da davam etdirə bilər.
Sports.az xəbər verir ki, Artur “Botafoqo” ilə şəxsi əmək müqaviləsinin şərtlərini razılaşdırıb.
Hazırda klublar transfer məbləği ilə bağlı danışıqlar aparırlar. Braziliya klubunun transferlə bağlı nikbin olduğu da bildirilir.