Dünya futbolu
Qvardiola Vengerin uğurunu təkrarladı
20.01.2025 | 14:45
İngiltərə Premyer Liqasının 22-ci turunun "İşpviç Taun"la oyunu "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub.
Sports.az xəbər verir ki, onun komandası rəqibini 6:0 hesabı ilə məğlub edib.
Nəticədə "şəhərlilər" Qvardiolanın rəhbərliyi altında 6 və ya daha çox qol vuraraq qalib gəldikləri oyunların sayını 13-ə çatdırıblar. Bu göstərici ilə mütəxəssis "Arsenal"ın sabiq baş məşqçisi Arsen Vengerin uğurunu təkrarlayıb.
Hazırda Qvardiola yalnız Ser Aleks Ferqyusondan geri qalır. “Mançester Yunayted”in keçmiş çalışdırıcısının aktivində 14 belə matç var.
Qvardiola 2016-cı ildən “Mançester Siti"nin baş məşqçisidir.