Dünya futbolu
“Bu mövsüm belə məğlubiyyətləri çox yaşamışıq”
21.01.2025 | 10:30
“Mançester Yunayted”in yarımmüdafiəçisi və kapitanı Bruno Fernandes İngiltərə Premyer Liqasının 22-ci turunun “Brayton”la ev oyununda məğlubiyyəti (1:3) şərh edib.
Sports.az portuqal futbolçunun bu barədə fikrini təqdim edir:
“Bizim üçün bu, çox məyusedici bir gündür. Bu, istədiyimiz səmərə deyil. Evdə və ya səfərdə olmağın mənim üçün fərqi yoxdur: “Mançester Yunayted” üçün məğlubiyyət həmişə pisdir. Artıq bu mövsüm belə məğlubiyyətləri çox yaşamışıq”.