Dünya futbolu
“Santos” Neymarın yolunu gözləsə də, braziliyalı ulduz tələsmir
21.01.2025 | 19:00
Braziliyalı ulduz hücumçu Neymar tezliklə doğma klubu “Santos”a qayıda bilər.
Sports.az xəbər verir ki, qarşıdan gələn həftə braziliyalı ulduzun gələcəyini müəyyənləşdirmək üçün əsas olacaq.
Neymar “Əl-Hilal”la müqaviləsini ləğv etsə, azad agent qismində “Santos”a keçə bilər. Amma 32 yaşlı futbolçu hələ ki, haqqı olan 65 milyon dollar məbləğdən imtina etməyə hazır deyil. Neymarın ərəb klubundan alacağı məbləğin qalığı tam olaraq bu qədərdir.
Vurğulanır ki, “Santos” vəziyyəti sakitcə izləyir. Qışda Neymarı transfer etmək mümkün olmasa, braziliyalı ulduzun qayıdışı yayda baş tutacaq.