“Gürcüstan futbolunun uğurları GFF-nin islahatlarının nəticəsidir” - Ramaz Svanadze

“Gürcüstan futbolunun uğurları GFF-nin islahatlarının nəticəsidir” - Ramaz Svanadze

Gürcüstan futbolu sovet dövründən yetirmələri və uğurları ilə seçilib.

İmperiyanın süqutundan sonra da, gürcü futbolçular dünyada tanındı. 

Arveladze qardaşları, Georgi Kinkladze, Temuri Ketsbaya, Kaxa Kaladze, Levan Kobiaşvili kimi ulduzların adlarını eşitməyən futbol həvəskarları az olardı.

Amma bu "qızıl nəsil"dən sonra bir boşluq, durğunluq yarandı. Sanki, bu cür istedadlar diyarında futbol ölmüşdü. Nəhayət, Xviça Kvaratsxeliya, Jorj Mikautadze, Georgi Mamardaşvili nəsli yetişdi və Gürcüstan millisini tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə daşıdılar.

Sports.az bu haqda əvvəllər Tbilisi "Dinamo"sunda və Gürcüstan U19 yığmasında çalışmış, hazırda qonşu ölkənin U21 millisinə baş məşqçilik edən Ramaz Svanadzenin fikirlərini öyrənib:

- Mən gürcü futbolunun nə vaxtsa hamı tərəfindən unudulması fikri ilə razılaşa bilmirəm. Gürcülər həmişə yaxşı futbol oynayıblar. Hətta 1990-cı illərdən sonra və 21-ci əsrdə də ən yüksək səviyyədə çıxış edən oyunçularımız olub. Sadəcə, onların istər 90-cı illərdə, istərsə də sonrakı illərdə qazandıqları fərdi uğurları millinin nəticələrində əks olunmadı. Bununla belə, bu müddət ərzində böyük hədəflər uğrunda mübarizə aparmaq şansımız yarandı. 

Ümumiyyətlə, nəsil dəyişmə prosesini fasilə və ya pauza adlandırmazdım. Həmişə gözə çarpan dövrlər olur - bu, təkcə Gürcüstanda deyil, istənilən başqa ölkədə futbolun bir hissəsidir. 

Milli komandalar üçün yeni nəslin və yeni strukturun formalaşması Gürcüstan Futbol Federasiyası komandasının həyata keçirdiyi islahatların, gənclər futbolunda aparılan dəyişikliklərin, klub akademiyalarının inkişafının nəticəsidir. Sinxronlaşdırılmış yanaşma olmadan futbolda real irəliləyişlər etmək çətindir. 

Milli komandanın strukturunda müəyyən edilmiş yeni standartlar milli komandanın inkişafına xeyli töhfə verdi. Texniki və maddi-texniki yeniləmələr, vahid oyun fəlsəfəsi, gənclər komandalarından böyük komandaya təkmil keçid prosesləri - bunlar yüksək səviyyəli rəqabət məqsədlərinə nail olmaq üçün zəruri ekosistemi quran addımlardan yalnız bir neçəsidir. Mən şəxsən bu prosesdə iştirak edirəm və öz təcrübəmə əsaslanaraq bu barədə danışa bilərəm. 

Həmçinin, bu inkişafın arxasında son illərdə GFF tərəfindən həyata keçirilən bir neçə mühüm layihə dayanır. Məsələn, GFF-nin akademiya layihəsi, kütləvi futbolda təşəbbüslər və əhəmiyyətli artım, infrastruktur layihələri və futbolda sağlam mühitin yaradılması üçün vacib olan bir çox digər alt sektorlar.

Anar Şabanoğlu, Sports.az

Son xəbərlər
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
Fiqodan Rodriqoya dəstək
19-cu tura start verilir
Entso Fernandes PSJ-yə keçə bilər
“Samsunspor" "Rayo Velyekano"nu qəbul edəcək
DAHA ÇOX

Ən çox oxunanlar