Bizə belə futbol lazım deyil!

Bizə belə futbol lazım deyil!

Premyer Liqaya 3 komandanın yüksəlməsinə hamı sevindi. İllər sonra idman prinsiplərinə riayət olunması, həm də birdən-birə 3 yeni bölgə klubunun elitaya çıxması müsbət addım idi.

Xüsusən Azərbaycanda ən yaxşı infrastruktura malik "Qəbələ"nin yenidən yüksək liqaya qayıtmasına sevindik.

Çünki, əsas komanda 1-ci liqada qalsa, infrastruktur da, akademiya da tədricən məhv olub gedə bilərdi.

Amma sevincimiz uzun çəkmədi... 

"İmişli" və "Karvan" özləri ilə N qədər problem gətirdi. Bölgə təmsilçilərinin təbii ot örtüklü stadionlarda çıxış edib çempionata rəng qatacağını düşünürdük. 

Təəssüf ki, "Karvan"ın Yevlax stadionunda təbii ot örtüyünü yeniləcəyi deyilsə də, bu gün süni qazon salınacağı məlum olub. 
1-ci Liqaya qayıtmağa əsas namizədin idarəçiliyində təffəkkür də aşağı liqa səviyyəsindədi.

Eyni sözləri "İmişli" haqda da demək olar. İmişlililər hələ də yeni mövsümdə harda oynayacaqlarını bilmir. Əvəzində Çexiyanın 3-cü liqasında sonuncu yer tutmuş komandadan legioner baş məşqçi gətirir, transferlərini başqa bir premyer liqa klubunun menecer-prezidenti vasitəsilə həyata keçirirlər. Bu cür həvəskar idarəçiliklə "İmişli"nin də perspektivləri dumanlı görünür.

Ümumiyyətlə, kənardan baxanda belə təəssürat yaranır ki, hamının məqsədi dövlətin ayıracağı 2.500.000 AZN-ə tezbazar "əncam çəkmək"di...

Ölkənin ən yaxşı infrastruktura malik futbol klubu - "Qəbələ"nin şok effekti yaradan qərarı 2 gündü gündəmdən düşmür.

Qəbələdəki şəraitin tək Azərbaycanda yox, Qafqazda ən yaxşılardan olduğu vurğulanmalıdı. Bundan başqa klubun idmanı dərindən bilən çox hörmətli prezidenti, ən azı postsovet məkanında tanınan baş məşqçisi var. 

"Qəbələ" Uşaq Futbol Akademiyası yaranandan Azərbaycana yüzlərlə futbolçu bəxş edib. Amma klub maliyyə çətinliyi ucbatından başqa rayonlardan olan və Qəbələdə qalıb məşq edən 55 istedadlı uşağı saxlamağı bacarmır. Özü də əvvəllər bu rəqəm daha çox idi.  
İndiyəcən "Gilan Holding" otel problemini həll edirdi. Klub yemək, kommunal xərclərini öhdəsinə götürürdü.  Akademiyanın bu uşaqları Qəbələdə saxlaması üçün illik təxminən 500 min lazım idi. Düzdü, əgər otelə görə də ödəniş edilməli olsa, xərc qat-qat artıq çıxardı. 

Yeri gəlmişkən, "Qəbələ" Uşaq Futbol Akademiyasının öz binası da olmalı idi. Amma maliyyə probleminə görə tikintisi illərdi yarımçıq qalıb...

"Qəbələ"nin 6 təbii ot örtüklü meydançasını həmişəki yüksək səviyyədə qorumaq da ciddi vəsait tələb edir. 

Hələ 10 il əvvəl Bakı Olimpiya Stadionunu saxlamaq üçün ildə 2-3 milyon manat vəsait tələb olunduğu bildirilirdi.  Təkcə ot örtüyünə qulluq etməyə ayda 7-9 min manat lazım idi.

Bunu nəzərə alsaq, "Qəbələ"nin meydançalarına qulluq etməyə də ən azı 500-600 min manat gərəkdir. 

Beləcə, infrastruktur və akademiyanı qorumaq üçün təxminən 1 milyon manat tələb olunduğunu görərik. 

"Qəbələ" AFFA-dan aldığı 2.500.000 AZN-in təxminən yarısını bu işlərə xərcləsə, əvəzedici və aşağı yaş qruplarından ibarət kollektivləri saxlamaq, əsas komandanın Premyer Liqadakı yeri qorumaq çətin olar. 

Amma qəbələlilər AFFA-dan əlavə vəsait də istəmir. Çünki, federasiyanın büdcəsi klublara əlavə yardım etməyə imkan vermir.
Qəbələdə futbola marağın çox aşağı səviyyədə olduğunu nəzərə alsaq, sponsorların tapılması da bir az müşküldü. Halbuki, özəl sponsorlar olmadan futbolun inkişaf etməsi mümkünsüzdü.
Bugünkü reallıqda çıxış yolu nədi?

AFFA indiki məqamda klublara ayrılan dövlət dotasiyasının daha səmərəli istifadə olunmasına çalışmalı, vəsaitin təyinatı üzrə xərclənib-xərclənməməsinə ciddi nəzarət mexanizmi fikirləşməlidi.

Azərbaycan futbolunun indiki vəziyyətində istənilən klubun əsas komandasından çox akademiyası və infrastrukturu vacibdi. Dövlət dotasiyasının da məhz bu istiqamətdə xərclənilməsi doğru görünür.

Əsas komandalara isə heç bir dəstək verilməsə belə faciə olmaz.

Çünki, əvvəlcə təməli - infrastrukturu və akademiyanı qurmaq, inkişaf etdirmək lazımdı. Bunsuz əsas komandalar da uğur qazanası deyil. 

"Qəbələ"nin deyək ki, Çempionlar Liqasında iştirakı Azərbaycan futbolu üçün heç bir fayda verməyəcək. 

İndi Azərbaycan futboluna ən böyük töhfə akademiyaları bağlamaq yox, daha da inkişaf etdirmək olar. 

Bu, "Qarabağ" daxil bütün klublara aiddi. AFFA məsələyə ciddi yanaşıb dövlət dotasiyasının ən azı böyük qisminin uşaq futboluna və infrastruktura xərclənməsinə nail olmalıdı.

Artıq "Bakı" Futbol Klubunun bazasını, stadionlarını, Uşaq Futbol Akademiyasını dağıdıb yerində yaşayış kompleksi tikmək dövrü deyil!

"Qəbələ" Uşaq Futbol Akademiyası yaşamalıdı, klubun möhtəşəm infrastrukturu qorunmalıdı! 

Bu cür şərait hər bir peşəkar klubumuzda olmalıdı!

Son xəbərlər
Raşford “Mançester Yunayted”ə tələb irəli sürdü
Təxirə salınan oyun rəqəmlərin gözü ilə
Harri Keyn gələcəyi ilə bağlı qərar verdi
Rivaldodan Xabi Alonso açıqlaması
“Mançester Siti” “Real”a səfərdə qalib gəldi
“Ayaks” beş oyunda edə bilmədiyini bu gün etdi” - Qurbanov
“Qarabağ”la oyunun ikinci hissəsində daha yaxşı oynadıq”
“Qarabağ” “Ayaks”a məğlub oldu
“Bayern” Salahın mümkün keçidi ilə bağlı mövqeyini açıqladı
Əli Abaslı Avropa çempionatında ilk qələbəsini qazandı
Vitinyadan Luis Enrike haqda açıqlama
Təxirə salınan oyunda "DH Volley” qalib gəldi
Flik “Barselona”nın tərəqqisini qiymətləndirdi
“Azərreyl”dən çətin qələbə
Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək
Anri Salahı tənqid etdi
Premyer Liqanın 15-ci turu rəqəmlərin gözü ilə
UEFA Region Kubokunun püşkü atılıb
Bekhem “İnter Mayami”nin MLS çempionluğu haqda söhbət açdı
“Sabah”da ayrılıq
“Mingəçevir” “Cəbrayıl”ı, MOİK “Şimal”ı məğlub etdi
“Lənkəran” amerikalı basketbolçu ilə yollarını ayırdı
Millimizin II raunddakı rəqibləri bilindi
Futzal turnirinə start verildi
Azərbaycan birinciliyi keçiriləcək
Dibala gələcəyi ilə bağlı qərar verdi
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
ÇL-də yeni rekordçu
“Qarabağ”ın U-19 komandası sonuncu matçında böyük hesabla uduzdu
Salah “Liverpul” rəhbərliyinə müraciət ünvanlaya bilər
DAHA ÇOX

Ən çox oxunanlar