Dünya futbolu
Yarımmüdafiəçisi PSJ ilə müqaviləsini yeniləməyə yaxındır

14.01.2026 | 21:00
PSJ-nin ispan yarımmüdafiəçisi Fabian Ruis Paris klubu ilə müqaviləsinin müddətini uzatmağa yaxındır.
Sports.az xəbər verir ki, yeni müqavilənin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Vurğulanır ki, tərəflər bir neçə xüsusun çözülmsi üzərində çalışırlar, bunlar həllini tapdıqdan sonra, müqavilə rəsmən qüvvəyə minəcək.
Xatırladaq ki, Fabian Ruisin PSJ ilə cari müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Son xəbərlər





























