Dünya futbolu
Afrika Millətlər Kubokunun bürünc mükafatçısı bəlli oldu

17.01.2026 | 23:00
Afrika Millətlər Kubokunda üçüncü yerin sahibi müəyyənləşib.
Sports.az xəbər verir ki, Kasablankada baş tutan həlledici görüşdə Misir və Nigeriya yığmaları üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Qalibi müəyyən etmək üçün təyin olunan penaltilər seriyasında isə Nigeriya millisi rəqibindən üstün olub - 4:2.
Misir yığmasının kapitanı Məhəmməd Salah penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib və komandasını məyus edib.
Yarımfinal mərhələsində Nigeriya Mərakeşə, Misir isə Seneqala məğlub olmuşdu. Turnirə yanvarın 18-də yekun vurulacaq.
Son xəbərlər





























