Dünya futbolu
“Mançester Siti”dən La Liqa klubuna

18.01.2026 | 20:20
“Jirona” 20 yaşlı yarımmüdafiəçi Klaudio Eçeverrinin transferini açıqlayıb.
Sports.az xəbər verir ki, argentinalı futbolçu mövsümün sonunadək “Mançester Siti”dən icarəyə götürülüb.
Eçeverri mövsümün ilk hissəsini icarə əsasında Almaniyanın “Bayer” klubunda keçirib. O, Bundesliqa və Çempionlar Liqasında 11 oyunda 1 məhsuldar ötürmə edib.
Yarımmüdafiəçinin transfer hüquqları 2024-cü ilin yanvarından “Mançester Siti”yə məxsusdur. O, “şəhərlilər”in heyətində 3 oyunda 1 qol vurub. Futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Son xəbərlər




























